Modern.az

Hörmüz tezliklə açılacaq - Tramp

Hörmüz tezliklə açılacaq - Tramp

Dünya

11 Aprel 2026, 23:55

ABŞ Prezidenti Donald Tramp strateji əhəmiyyətli Hörmüz boğazının yaxın vaxtlarda gəmiçilik üçün yenidən açılacağı ilə bağlı iddialarını yenidən gündəmə gətirib.

Modern.az xəbər verir ki, dövlət başçısı bu barədə özünə məxsus “TruthSocial” sosial şəbəkə hesabında paylaşım edib.

Tramp regiondakı hərbi və diplomatik proseslərin gedişatına toxunaraq, boğazın açılmasının an məsələsi olduğunu vurğulayıb.

“Hörmüz boğazı tezliklə açılacaq və boş gəmilər artıq yük götürmək üçün ABŞ-yə axışır”, – deyə o, öz paylaşımında qeyd edib.

Xatırladaq ki, Hörmüz boğazı dünya neft ticarətinin əsas arteriyalarından biri hesab olunur və son hərbi gərginliklər fonunda boğazda gəmiçiliyin təhlükəsizliyi ciddi müzakirə mövzusuna çevrilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!