Modern.az

Bakıda iki sərnişin avtobusu toqquşdu: Daşıyıcı ilə müqaviləyə xitam veriləcək

Bakıda iki sərnişin avtobusu toqquşdu: Daşıyıcı ilə müqaviləyə xitam veriləcək

Aktual

10 Yanvar 2020, 20:07

Bu gün axşam saatlarında Xətai rayonu S.Mehmandarov küçəsində iki sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.


Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi M.Ağayev məlumat verib.

Onin sözlərinə görə, "Çinar Trans” MMC-nin müvəqqəti istismarında olan 81 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusu “Vətən Az” MMC-nin müvəqqəti istismarında olan 36 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusu ilə toqquşub:

"Hadisə ilə bağlı izahatın alınması üçün hər iki daşıyıcı Bakı Nəqliyyat Agentliyinə çağırılıb".

M.Ağayev bildirib ki, hər iki daşıyıcıya qeyd edilən marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyətinin qənaətbəxş olmaması ilə bağlı dəfələrlər yazılı və şifahi xəbərdarlıq edilib:

"Buna baxmayaraq mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində hər hansı bir təsirli tədbir görülməyib. Məlum yol nəqliyyat hadisəsinin baş verməsi də bu daşıyıcıların işinə məsuliyyətsiz yanaşmasının təzahürüdür.
Sərnişindaşıma fəaliyyətini qanunvericiliyin tələbinə uyğun qurmayan, işində ciddi pozuntulara yol verən daşıyıcılarla xəttin müvəqqəti istismarına dair imzalanan müqaviləyə xitam veriləcək".

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi