Modern.az

Bu gün Azərbaycan və Ermənistanın XİN rəhbərləri görüşəcək

Bu gün Azərbaycan və Ermənistanın XİN rəhbərləri görüşəcək

29 Yanvar 2020, 09:18

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşəcək.

 

Modern.az xəbər verir ki, görüş İsverçrənin Cenevrə şəhərində baş tutacaq.

 

XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizamlanmasını müzakirə edəcəklər.

 

Qeyd edək ki, ötən gün Azərbaycanın XİN rəhbəri Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?