Modern.az

Türkiyə Super Liqası: “Beşiktaş” evdə qələbə qazandı

Türkiyə Super Liqası: “Beşiktaş” evdə qələbə qazandı

İdman

22 Fevral 2026, 23:33

Türkiyə Super Liqasında XXIII turun oyunları davam edir.

Modern.az xəbər verir ki, bu tur “Beşiktaş” öz meydanında Göztepe ilə qarşılaşıb. Hesabı erkən açan Vilfred Ndidi komandasını önə çıxarıb. İlk hissədə Amir Mrilyonun qolu ilə “Qara qartal” 2:0 öndə olub.

İkinci yarıda isə Junior Olaytan və Hyon-Gyu Oh fərqlənərək hesabı 4:0 edib.

Turnir cədvəlinə görə, “Beşiktaş” 43 xalla 4-cü, “Göztepe” isə 41 xalla 5-ci yerdə qərarlaşıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi