Yeni çəkilmiş içməli su şəbəkəsinin istismara verilməsi ilə əlaqədar 04 fevral 2020-ci il tarixində gün ərzində Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Modern.az-a "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyib.