Modern.az

Hicran Hüseynova seçicilərlə növbəti görüşünü keçirib – FOTOLAR

Hicran Hüseynova seçicilərlə növbəti görüşünü keçirib – FOTOLAR

5 Fevral 2020, 00:32

41 saylı Sumqayıt birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynova Sumqayıt şəhərində seçicilərlə növbəti görüşünü keçirib.

 

Modern.az  xəbər verir ki,  görüşdə çıxış edən Hicran Hüseynova ilk öncə sakinlərə vaxt ayırıb onunla görüşə gəldikləri üçün dərin minnətdarlığını bildirib.

O, sumqayıtlıların  zəhmətkeş, fədakar, yeniliyə meyilli insanlar olduğunu, hər zaman ictimai proseslərdə aktivlik göstərdiklərini vurğulayıb.



Yeni Azərbaycan Partiyası tərəfindən  Milli Məclisə seçkilərdə iştirak etmək üçün  namizədliyimin  məhz bu dairədən irəli sürülməsinə  münasibət bildirən H.Hüseynova qeyd edib ki, “millət vəkili olmaq şərəfdir, xalqın etimadını qazanmaqdır, xalqın qayğıları ilə yaşayıb insanların fikirlərini, təkliflərini Milli Məclisin tribunasından səsləndirməkdir”.



O, sakinləri əmin edib ki, millət vəkili seçiləcəyi tədirdə seçicilərin etimadını doğruldacaq. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?