Modern.az

Bir azdan Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini təsdiqləyəcək

Bir azdan Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini təsdiqləyəcək

5 Mart 2020, 08:33

Bu gün Azərbaycan Respublikası Milli Məclisinə keçirilən növbədənkənar seçkilərin nəticələrinə dair Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası keçiriləcək.

Modern.az  xəbər verir ki, Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərə dair Mərkəzi Seçki Komissiyasının və dairə seçki komissiyalarının protokolları fevralın 26-da Konstitusiya Məhkəməsinə daxil olub.  Bu gün  saat 10:00-da isə Konstitusiya Məhkəməsi Plenumunun iclası başlayacaq.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib. Mərkəzi Seçki Komissiyası pozuntulara görə, 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran Kənd  və  80 saylı İmişli-Beyləqan seçki dairələdində nəticələri ləğv edib.

 

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?