Son bir neçə müddətdir dünya gündəmini tamamilə zəbt etmiş koronavirus bəlası hamının ən çox maraqlandığı və narahat olduğu bir mövzuya çevrilmişdir. Öz coğrafiyasını durmadan genişləndirən bu “arzuolunmaz qonaq” qlobal olaraq bütün sahələri – iqtisadiyyatı, siyasəti, mədəniyyəti maliyyəni, turizmi və s. əz ritmindən çıxara bilmiş, indi də daha çox insanın əhatə olunduğu təhsil prosesinə təsirini göstərməkdədir. Heç şübhəsisz ki, insanın sağlamlığının hər şeydən önəmli olunduğu nəzərə alınaraq bütün dünyada adekvat addımlar atılmağa başlanmışdır, o cümlədən də Azərbaycanda. Nazirlər Kabinetinin müvafiq qərarı ilə yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına, bütün kütləvi tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunmuşdur. Bu müddət ərzində Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılmışdır. Heç şübhəsiz ki, çox lazımlı və vaxtında atılmış addım oldu.
Bəs bu bəlanın yayıldığı digər ölkələrdə təhsil sahəsində hansı addımlar atılmışdır?
Bu həftənin əvvəlinə olan məlumata görə 70-dən çox ölkəni bürüyən bu virusla 90,000 çox insan yoluxmuşdur və bu say durmadan da artır. Avropada, daha çox da İtaliyada qeyd olunan yoluxma halına görə bu ölkənin şimal hissəsində yerləşən universitetlərdə artıq iki həftədir ki dərslər dayandırılmışdır. Dünəndən başlayaraq isə bu tədbirlər İtaliyanın digər bölgələrində də həyata keçirilməyə başlanmışdır. Vəziyyətdən çıxış yolu kimi universiitet professorları hələlik on-line dərslər vasitəsilə müəyyən olunmuş proqramı yerinə yetirirlər və ümid edirlər ki, bir neçə həftədən sonra normal dərslərə başlayacaqlar. Müəllimlər öz normal işlərinə davam edirlər, tələbələr də istədikləri zaman onlara ofis saatlarında baş çəkə bilərlər.
Əksər ölkələrdə beynəlxalq əhəmiyyətli akademik tədbirlər – konfranslar, simpoziumlar, forumlar, hamısı təxirə salınmışdır.
ABŞ-ın Xəstəliklərə Nəzarət və Onlardan Qorunma Mərkəzləri ali təhsil müəssisələrinə məsləhət görüb ki, xəstəliyin daha geniş yayılması səbəbindən beynəlxalq tələbə mübadiləsi proqramlarını, eyni zamanda xarici qonaqların kampuslara səfərlərini aprel ayının 15-nə kimi müvəqqəti də olsa dayandırsınlar. Nyu York Universitetinin Abu Dabidəki filialı da artıq bu istiqamətdə öz addımını atmışdır.
Bir çox Böyük Britaniya məktəbləri COVİD-19-dan qorunmaq üçün bağlanmışdır. Universitetlər isə hələ ki, öz fəaliyyətlərini normal sürətdə davam etdirirməklə bərabər müəyyən qabaqlayıcı tədbirlər də görürlər. Bununla belə onlar üçün də belə bir senarinin olmasını müstəsna etmirlər. İngiltərənin İçtimayi Səhiyyə Departamentinin direktoru Paul Kosfordun mart ayının 2-də verdiyi müsahibəsində koronovirusun geniş yayılma ehtimalı yüksək olaraq qalır. Londondakı İmperial Kollecin statistik epidomologiya professoru Krist Donnelli bildirir ki, mümkündür ki, bir çox universiitetlər bir müddətə öz qapılarını bağlasınlar. Böyük Britaniya hökümətinin Təhsil və Səhiyyə Departamentləri fevral ayının 28-də təhsil müəssiələri üçün nəzərdə tutulan COVİD -19 adlı birgə təlimat hazırlayıb təsdiqləmişlər. Təlimatda şagirdlər, tələbələr, valideynlər, müəllimlər, rəhbər işçiilər üçün bütün lazımı məlumat öz əksini tapmişdır. Dərslərin bağlanmasını isə yerli şəraitdən, vəziyyətdən asılı olaraq həyata keçirmək tövsiyyə olunur.
Mütəxəssislərin gəldiyi qənaət ondan ibarətdir ki, lazımı anında dərslərin bağlanması və karantinlərin tətbiqi xəstəliyin yayılmasını zəiflədər və ambulator xəstələrin sayında azalmalar baş verər.
Boston Kollecinin Beynəlxalq Ali Təhsil Mərkəzinin təsisçi direktoru Filip Altbax qeyd edir ki, heç şübhəsiz gələn il xarici tələbə qəbulu bundan çox ziyan görəcək.
Maliyyəsinin mühüm bir hissəsini xarici tələbə qəbulu təşkil edən ABŞ universitetləri sənəd qəbulu vaxtlatını dəyişməklə, xarici tələbələrə, xüsusilə də Çindən gələn tələbələrə (2018-19-cu tədris ilində ABŞ universitetlərində 400000 yaxın çinli tələbə oxuyub) yaşamaq üçün evlər tutulmaqla, SAT və digər imtahanlarının verilməsində bütün köməklik etməklə əvvəlki illərdəki sayın aşağı düçməsinə imkan verməməyə çalışırlar. Amma nəticənin necə olması koronovirusun nə dərəcədə ciddi olmasından asılı olacaqdır.
Urbana-Şəmpeyndəki İllinoys Universitetinin rektor yardımçısı belə vəziyyət yaranarsa universitetin necə hərəkər edəcəyi barədə yazaraq göstərir ki, tələbənin qəbul olunması xəbərini aldığı gündən biz onunla öz doğma vətənində olsa belə sıx əlaqə saxlayır, bütün llazımı akademik materialları ona vercəyik. Hətta lazım gələrsə biz onun statusunu növbəti ilə qədər uzadacayıq.
Bəs heç də həmişə əlçatan olan Avstraliyada vəziyyət necədir. Çünki bu qitənin universitetlərində daha çox çin tələbələri oxuyurlar (2018-ci ilin statistikasında 1.5 milliondan çox cinli tələbə Avtraliya universitetlərində oxuyur). Sidney Universitetinin sosiologiya professoru Salvatore Babonesin təbirincə desək, Avstraliya uniiversitetləri daha çox Cin-asılı universitetlər olduğuna görə onlarda yoluxma riski daha yüksəkdir. Onun Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən çap olunan məqaləsində professor təxmin edir ki, əgər epidemiya bu ilin ortalarında qurtararsa, o Avstraliyanın təhsil sektoruna ən azı 2.8 milliyard ziyan vuracaq. Bunu Avstraliyanın mineral sənayeyə (2.58 milyard) və turizm sektoruna (1.5 milyard) dəyən ziyanla müqaiysəsində daha bariz görmək olar. Əgər bu mineral sənayesinə 6-9% təsir edəcəksə, bu rəqəm təhsil sektorunda 60-80% həcmində özünü göstərəcək. Epidemiya Avstraliya universitetlərini lap akademik il başlayan ərəfədə (Avstraliya və Yeni Zellandiyada tədris ili fevralın sonlraında başlayır) vurdu, ola bilsin tələbələrin əksəriyyəti semestrin sonuna qədər gəlməsinlər, hətta bəziləri həmişəlik.
Honq Konq universitetləri dünyada ən çox beynəlmiləl mühit olan universitetlərdir. Universitet administratorları hesab edirlər ki, mart ayının əvvəllərində normal tədrisə qayıtmaq şansı demək olar ki yoxdur. Bunun əsas səbəbləriindən biri də uçüşların təxirə salınmasıdır ki, minlərlə çinli tələbələr lazımı vaxtda dərslərinə davam edə bilməyəcəklər.
İndi bütün universitetlər distant təhsil, on-line təhsil modelinə bir daha müracitət etmək məcburiyyətində qalıblar. Çünki başqa çıxış yolu qalmamışdır. On-line təhsilə ikinci dərəcə kimi baxanlar artıq onu ön plana çəkiblər. Kaliforniyada olan universitetlər bu işdə daha çox fəallıq göstərməyə başlayıblar.
Çin universitetləri bu il 500000 xarici tələbə qəbul etməyi planlaşdırmışdı, xüsusilə də inkişaf etməkdə olan ölkələrdən. Hiroşima Universitetinin Ali Təhsildə Tədqiqatlar İnstitutunun professoru Futao Huanq Çin hökümətini COVİD-19 böhranını tezliklə aradan qaldırmağa çağırır ki, universitetlər qlobal tələbə və tədqiqatçı problemləri ilə üzləşməsinlər.
Aprelin 1-də tədris ilinə başlayan Yaponiyada da eyni mənzərə ilə qarşılaşırlar.
Göründüyü kimi koronovirus qlobal olaraq çox sahələrə, xüsusilə də təhsil sahəsində təsirsiz ötüşməyib. Mən isə sonda Melburndaki Süinbörn Texnologiya Universitetinin prorektoru Dunkan Bentlinin sözləri ilə fikrimi tamamlamaq istəyirəm. ”İnsanlar, ölkələr indi çox işlər görürlər, virusa qarşı müharibədə qalib gələcəyik və həyat öz əvvəlki axarı ilə davam edəcək!”
Prof. Əfqan Abdullayev