Modern.az

Çində koronavirus can almaqda davam edir

Çində koronavirus can almaqda davam edir

Aktual

12 Mart 2020, 08:37

Çində koronavirusa yoluxanların sayı 80793-ə çatıb, onlardan 3169-u pasiyent dünyasını dəyişib, 62793-ü sağalıb və xəstəxanalardan evə buraxılıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

 

Son sutka ərzində bütün ölkə üzrə 15 yeni yoluxma faktı qeydə alınıb, 1318 nəfər xəstəxanalardan evə buraxılıb, 11 pasiyent vəfat edib (10-u Hubey əyalətində).

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib. Dünyada indiyədək 120 minə yaxın insan bu virusa yoluxub, 4 minə yaxın insan dünyasını dəyişib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?