Modern.az

Azərbaycanda bu dövlət strukturları adi iş rejimində çalışacaq - SİYAHI

Azərbaycanda bu dövlət strukturları adi iş rejimində çalışacaq - SİYAHI

14 Mart 2020, 21:25

Koronavirus (COVİD-19) xəstəliyinin yayılmasının qarşısının alınması üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlərlə əlaqədar bir sıra strukturlar Novruz bayramındakı qeyri-iş günlərində adi iş rejimində çalışacaq.

 

Bu barədə Modern.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.


Həmin dövlət strukturları aşağıdakılardır:

-  Azərbaycan Respublikası Prezidentinin Administrasiyası

-  Azərbaycan Respubikasının Nazirlər Kabineti

-  Səhiyyə işçiləri (Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət

Agentliyti, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri)

-  Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ( o cümlədən Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri)

-  Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

-  Azərbaycan Respublikasının Baş Prokurorluğu

-  Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti

-  Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti

-  Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

-  Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti

-  Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

-  Azərbaycan Respublikasının Ədliyə Nazirliyi

-  Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

-  Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

-  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

-  Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

-  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

-  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

-  Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

-  Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti

-  Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti orqanları

-  Azərbaycan Respublikasının Mərkəzi Bankı

-  “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti

-  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti

-  “Azəriqaz” İstehsalat Birliyi

-  “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti

-  SOCAR Qapalı Səhmdar Cəmiyyəti

-  “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyət

Siyahıda qeyd olunan strukturlardan başqa gündəlik həyat təminatı əhəmiyyətı olan digər qurumların Novruz bayramı günlərində iş rejiminin dəyişdirilməsi zərurəti yarandıqda əlavə məlumat veriləcəkdir.

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi