Modern.az

\"Tabaterra\" QSC Koronovirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon köçürdü

\

21 Mart 2020, 22:19

"Tabaterra" Qapalı Səhmdar Cəmiyyəti koronavirus (Covid-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən işlərə yardım edib.

 

Qurumun mətbuat xidmətindən  Modern.az-a verilən məlumata görə, şirkət ölkə iqtisadiyyatına, əhalinin sağlamlığı və rifahına dəstək olmaq məqsədi ilə ölkə başçısı cənab İlham Əliyevin sahibkarlıq subyektlərinin sosial məsuliyyət və sosial həmrəylik nümayiş etdirmələri barədə tövsiyələrini rəhbər tutaraq Koronovirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat vəsait köçürüb.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunan koronavirus infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə Tabaterra Qapalı Səhmdar Cəmiyyətinin ofis, istehsal və anbar sahələrində mütəmadi olaraq dezinfeksiya işləri aparılır və mühüm profilaktik tədbirlər həyata keçirilir.


Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi