Modern.az

Britaniyada koronavirusdan 233 nəfər öldü

Britaniyada koronavirusdan 233 nəfər öldü

Aktual

21 Mart 2020, 23:34

Böyük Britaniyada koronavirus infeksiyası nəticəsində ölənlərin sayı 233-ə çatıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Səhiyyə İdarəsi tərəfindən yayılan açıqlamada bildirilir.

Bundan bir gün əvvəl yeni növ koronavirus səbəbindən ölənlərin rəsmi sayı 177 nəfər idi. Virusa yoluxanların ümumi sayı ilə bağlı statistika isə hələlik yenilənməyib və 3983 nəfər təşkil edir.

Hazırda Böyük Britaniya hakimiyyəti xəstəlik üçün yalnız riskli insanlardan, həm də ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən xəstələrdən testlər alır. Yüngül simptomları olanlara, ümumiyyətlə, həkimlə məsləhətləşməmək və yeddi gün ərzində özünü izolyasiya etmək tövsiyə olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?