“AZNUR” MMC-nin tabeçiliyində olan Belaruskiy mağazalar şəbəkəsi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, ölkə iqtisadiyyatına, əhalinin sağlamlığı və rifahına dəstək olmaq məqsədilə Prezident İlham Əliyevin sahibkarlıq subyektlərinin sosial məsuliyyət və sosial həmrəylik nümayiş etdirmələri barədə tövsiyələrini rəhbər tutaraq Koronovirusla Mübarizəyə Dəstək Fonduna 20 000 manat vəsait köçürüb.
Modern.az xəbər verir ki, bu barədə məlumatı müəssisənin mətbuat xidməti yayıb.
Məlumatda bildirilir ki, “AZNUR” MMC Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilən koronovirusa qarşı mübarizədə ümummilli maraqları əsas tutaraq dövlətimizə dəstək göstərməklə birlik nümayiş etdirir.