Modern.az

Bakıda müəllimlərin imtahan günü bəlli oldu

Bakıda müəllimlərin imtahan günü bəlli oldu

23 Aprel 2012, 10:51

Aprelin 27-də Bakıdakı orta məktəblərin IV siniflərində test yoxlaması keçiriləcək. Yoxlama imtahanına həm şagirdlər, həm də onların müəllimləri cəlb olunacaq. Bu dəfə də şagirdlərə hər birində 15 sual olmaqla 10 variant üzrə yoxlama testləri təqdim ediləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-a bildirlib ki, əsas məqsəd ibtidai təhsilin sonuncu pilləsində olan şagirdlərin mənimsədikləri biliklərin səviyyəsini öyrənməkdir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi artıq 3-cü ildir ki, ibtidai təhsil pilləsini bitirən şagirdlərin riyaziyyatdan bilik səviyyəsini müəyyənləşdirmək üçün yoxlama imtahanları (yazılar) təşkil edir. İdarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı deyib ki, proses Bakının bütün təhsil müəsissələrini əhatə edəcək. Təxminən 30 minə yaxın şagirddən söhbət gedir. Eyni zamanda 4-cü sininfdə dərs deyən müəllimlər də bu prosesə cəlb olunacaqlar. Məqsəd ibtidai sinif mərhələsini bitirən şagirdlərin riyaziyyatdan bilik səviyyəsini yoxlamaqdır.

Uşaqlara verilən suallar müəllimlərə də ünvanlanacaq. Məqsəd onların tədris pörosesini necə qurmalarını öyrənməkdən ibarətdir.
Z.Əliqızı deyib ki, şagirdlərin nəticələri Bakı Şəhəri üzrə Təhsil İdarəsi üçün önəmlidir. “İmtahana cəlb olunacaq müəllimlərə gəldikdə isə aşağı nəticə göstərənlər yay dövründə kurslara göndəriləcəklər”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı