Modern.az

İspaniya La Liqası bərpa olunur - Bu gecə ilk oyun keçiriləcək

İspaniya La Liqası bərpa olunur - Bu gecə ilk oyun keçiriləcək

Aktual

11 İyun 2020, 12:58

Bu gün İspaniyada koronavirus pandemiyası ilə əlaqədar yarımçıq qalmış futbol çempionatı bərpa olunur.

 

Modern.az xəbər verir ki, La Liqanın ilk oyunu “Sevilya” və “Real Betis” klubları arasında keçiriləcək. Matç Bakı vaxtilə saat 00:00-da başlayacaq.

 

Qeyd edək ki, qaydalara əsasən, çempionatın bütün matçları tamaşaçısız keçiriləcək.

 

Hazırda turnir cədvəlinə 58 xalla “Barselona” liderlik edir. İkinci yerdə "Real Madrid" (56), üçüncü sırada isə "Sevilya" (47) qərarlaşıb.

 

İyunun 14-ü Bakı vaxtilə saat 00:00-da “Barselona” səfərdə “Malyorka” ilə, 21:30-da isə “Real Madrid” öz meydanında “Eybar”la qarşılaşacaq.

 

Xatırladaq ki, İspaniya çempionatı martın 8-də 27-ci turdan sonra dayandırılmışdı.

 

T.İSMAYIL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir