Modern.az

“Barselona”nın oyunçusu məşqlərə buraxılmadı

“Barselona”nın oyunçusu məşqlərə buraxılmadı

Aktual

11 İyun 2020, 13:43

"Barselona"nın müdafiəçisi Nelson Semedo komandanın bu gün keçirilən məşqlərinə buraxılmayıb.

 

Modern.az xəbər verir ki, buna səbəb müdafiəçinin bazar ertəsi günü restoranların birində təşkil olunan yığıncaqda iştirakıdır.

 

La Liqanın koronavirusa qarşı tətbiq etdiyi protokola əsasən karantin qaydalarını pozan futbolçular məşqlərə və oyunlara buraxılmır.

 

Qeyd edək ki, Nelson Semedo karantin qaydalarını pozaraq dostunun doğum günündə iştirak edib. Ad günündə 20 nəfər, ofisiant və aşpaz da olub.

 

T.İSMAYIL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?