Modern.az

Ləng təhsil tarixində ilk “Son zəng” - VİDEO

Ləng təhsil tarixində ilk “Son zəng” - VİDEO

Aktual

11 İyun 2020, 16:16

2019-2020-ci tədris ilində mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq ilk dəfə virtual şəkildə "Son zəng" təşkil olunacaq.

 

Bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ilk olaraq bütün bölgələrin məzunları ilə birlikdə virtual himn oxunacaq.

 

Daha sonra 3 ay ərzində teledərslər vasitəsilə tədrisi davam etdirən müəllimlər “Azərbaycanım” mahnısını ifa edəcəklər.

 

Virtual "Son zəng"i 12 iyun saat 12:30-da “Mədəniyyət”, “ARB 24” və “REAL TV” televiziyası, eləcə də Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən, həmçinin saat 12:25-də İctimai televiziyanın efirindən izləyə bilərsiniz.

 

Qeyd edək ki, bu il respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 80 646 şagird bitirəcək.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?