Təyyarə uçuşları zamanı tətbiq ediləcək qaydalar açıqlanıb.
Modern.az-ın məlumatına görə, bu barədə "Azərbaycan Hava Yolları"QSC-nin vitse-prezidenti Eldar Hacıyev bildirib ki, profilaktik işlər çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportunun bütün terminallarında və hava gəmilərində mütəmadi olaraq dezinfeksiya işləri aparılır:
"Hava limanı ərazisində istifadə edilmiş maskaların və digər fərdi qoruyucu vasitələrin atılması üçün kifayət qədər qapalı tullantı qutusu mövcuddur. Reyslərdə qida təminatı əməkdaşlar tərəfindən bütün sanitar normalara riayət etməklə həyata keçirilir, bütün birdəfəlik istifadə qabları utilizasiya olunur. “Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətlərinin hava gəmiləri salonlarında hava HEPA-filtrləri mütəmadi surətdə dəyişdirilir. “Azərbaycan Hava Yolları” Operativ Qərargahın, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 ilə mübarizə üzrə bütün tələb və tövsiyələrinə riayət olunmasına məsuliyyətlə yanaşmağı sərnişinlərə tövsiyə edir". Aviaşirkətin və hava limanının əməkdaşları, öz növbəsində, uçuşun maksimal dərəcədə rahat və təhlükəsiz keçməsi üçün bütün səylərini səfərbər edəcəklər.
Qaydaların əyani nümayişi üçün “Azərbaycan Hava Yolları” tərəfindən hava limanında və hava gəmisində yuxarıda qeyd olunan prosedurlardan keçmə ardıcıllığını əks etdirən videoçarx hazırlanıb. Videoçarxla aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: