Son günlər Azərbaycanda koronavirusa yoluxma sayındakı artımla “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) tərəfindən dövlət xəstəxanalarının viruslu xəstələr üçün ayrılması tendensiyası davam etdirilir.
Bu gün açıqlanan məlumata əsasən, daha 12 xəstəxanada koronaviruslu xəstələr müalicə alacaq.
Bəs özəl tibb müəssisələrinin də koronaviruslu xəstələrin müalicəsi üçün ayrılması gündəmdədirmi?
Bu barədə Modern.az-ın sorğusunu cavablandıran TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, növbəti mərhələlərdə özəl xəstəxanaların da koronavirusla mübarizəyə cəlb olunması baş verərsə, bu barədə ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, bugünkü məlumata əsasən, aşağıdakı xəstəxanlarda da COVİD-9-a yoluxmuş xəstələr müalicə olunacaq:
- Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu
- 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası;
- Kliniki Tibbi Mərkəz;
- Azərsu Tikinti Xəstəxanası;
- Göyçay Rayon Mərkəzi Xəstəxanası;
- Salyan Rayon Mərkəzi Xəstəxanası;
- Xızı Rayon Mərkəzi Xəstəxanası;
- Qusar Rayon Mərkəzi Xəstəxanası;
- Ucar Rayon Mərkəzi Xəstəxanası;
- Saatlı Rayon Mərkəzi Xəstəxanası;
- Zərdab Rayon Mərkəzi Xəstəxanası;
- Gəncə Dəmiryol Xəstəxanası.