Modern.az

Oğuzda meşə yanır

Oğuzda meşə yanır

21 İyun 2020, 23:35

Oğuz rayonun dağlıq-meşəlik ərazisində yanğın başlayıb.

Modern.az  "Report"a istinadən xəbər verir ki, yanğın bu gün axşam saatlarında rayonun Xaçmaz kəndi yaxınlığında, dağətəyi ərazidə baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub.

Məlumata görə, yanğın hələ də davam edir.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?