Koronavirusu qısa müddətdə aşkarlayan yeni test hazırlanır.
Bir neçə aylıq sınaqlardan sonra yeni bir tüpürcək testi amerikalılara COVID-19-a yoluxub-yoluxmadıqlarını qısa müddətdə müəyyənləşdirməyə imkan verəcək.
Modern.az CNN-ə istinadən bildirir ki, Yale Sağlamlıq İnstitutundan olan tədqiqatçılar şənbə günü Qida və Dərman Administrasiyasından aldıqları təcili icazədən sonra yeni növ tüpürcək testi ilə bağlı açıqlama ilə çıxış etdilər. SARS-CoV-2 [yeni növ koronavirus]-un qısa müddətdə aşkarlanması üçün “SalivaDirect” testinin daha öncə sınanan test qaynaqlarına tələbatı azaldacaq bir yenilik olması iddia edilir. Xüsusi təchizat tələb edən bəzi digər testlərdən fərqli olaraq, reagentlərin cəmi bir neçə dollara başa gələcəyi və laboratoriyalara hər nümunə üçün təxminən 10 dollar ödəniləcəyi gözlənilir.
Moza ZADƏ