Ukrayna XİN Belarusla gələcək münasibətlərin perspektivləri ilə bağlı məsləhətləşmələr aparmaq üçün Minskdəki səfiri İqor Kizimi geri çağırıb.
Modern.az “Sputnik Belarus”a istinadən xəbər ki, bu barədə ölkənin XİN başçısı Dmitri Kuleba bildirib.
“Mən Ukraynanın Belarusdakı səfiri İqor Kizimi Belarus-Ukrayna münasibətlərinin yeni reallıqda perspektivinin qiymətləndirilməsi üçün Kiyevə məsləhətləşməyə çağırmağa qərar verdim. Biz tarixdə ilk dəfə olaraq Belarusla münasibətlərdə bu addımı atırıq və bunu yalnız Minskin yolverilməz hərəkətləri səbəbindən edirik”, - Kuleba deyib.