Modern.az

Koronavirus səbəbindən Avrokubokun daha bir oyunu təxirə salındı

Koronavirus səbəbindən Avrokubokun daha bir oyunu təxirə salındı

20 Avqust 2020, 22:44

Avrokubokların yeni mövsümündə bu gün keçirilməli olan “Tre Penne” (San-Marino) - “Qjilani” (Kosovo) görüşü təxirə salınıb.

Modern.az xəbər verir ki, Kosovo təmsilçisində bir futbolçunun koronavirus testinin pozitiv çıxması UEFA-nı bu qərara vadar edib.

 

Hazırda San-Marinoda olan komanda otellərin birində karantinə alınıb. Adı açıqlanmayan futbolçunun virusa yoluxduğu isə San-Marinoda müəyyənləşib.

Beləliklə, Kosovonun avrokuboklardakı 3-cü komandasında da koronavirus aşkarlandığından, oyun keçirilməyib. Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin “Linfild” (Şimali İrlandiya) – “Drita” (Kosovo) qarşılaşması öncəsi yaranmış analoji problemə görə ikincilərə texniki məğlubiyyət verilib. Avropa Liqasının ilk mərhələsinin “Linkoln” (Cəbəllütariq) – “Priştina” (Kosovo) görüşü isə avqustun 22-nə keçirilib və Kosovo təmsilçisinin yalnız B komandasının meydana çıxmasına icazə verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı