Modern.az

Cəlilabad sakinindən silah götürüldü

Cəlilabad sakinindən silah götürüldü

21 Avqust 2020, 13:55

Cəlilabad sakinindən silah götürülüb.

 

Modern.az xəbər bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş S.İsayev saxlanılıb. 

 

Şəxsi axtarış zamanı ondan “Steyr” markalı tapança, beş ədəd patron və bir ədəd patron darağı aşkar edilərək götürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?