Modern.az

Xaçmazda 45 yaşlı kişi itkin düşdü 

Xaçmazda 45 yaşlı kişi itkin düşdü 

Aktual

27 Avqust 2020, 09:50

Xaçmazda 45 yaşlı kişi itkin düşüb.

 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Unikal.org-a verilən məlumata görə, Xaçmaz rayon sakini, 1975-ci il təvəllüdlü Əsədullayev Məhəmməd Rufulla oğlu iyul ayının 18-i yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

 

"M.Əsədullayevin əlamətləri belədir: Boyu 168 sm, gözlərinin rəngi şabalıdı, arıq bədən quruluşludur.

 

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə 023-325-53-56 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - Mətbuat Xidmətindən bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?