Modern.az

İngilis dili müəllimi olmaq istəyənlər üçün SON ŞANS

İngilis dili müəllimi olmaq istəyənlər üçün SON ŞANS

Aktual

28 Avqust 2020, 09:18

İngilis dili müəllimi olmaq istəyən namizədlər üçün test imtahanları keçirilir.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, imtahanlarda 3363 namizədin iştirakı nəzərdə tutulur.

 

Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

 

Təhsil Nazirliyi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil