Modern.az

Əhmədbəyli–Füzuli–Şuşa yolunda qurbanlar kəsildi  

Əhmədbəyli–Füzuli–Şuşa yolunda qurbanlar kəsildi  

Aktual

7 Dekabr 2020, 16:52

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamına əsasən, tikintisinə başlanılan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikinti işləri ilə yerində tanış olub.

İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, Alı Alıyev tikintini həyata keçirəcək şəxslərlə görüşüb, onlarla söhbət edib. Bildirib ki, dövlət başçısının sərəncamına əsasən, Şuşanın, ümumilikdə Qarabağın gələcək inkişaf perspektivləri nəzərə alınmaqla tikintisinə başlanılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun böyük bir hissəsi Füzuli rayonunun ərazisindən keçəcək.


Yolun Füzuli rayonu ərazisindən başlanacaq hissəsinin tikintisi ilə bağlı qurbanlar kəsilib, duallar oxunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI