Modern.az

Tofiq Zülfüqarov haqqında saxta məlumat yayanlara hiddətləndi: “Satqın trollar!”

Tofiq Zülfüqarov haqqında saxta məlumat yayanlara hiddətləndi: “Satqın trollar!”

Aktual

7 Dekabr 2020, 17:32

Sabiq xarici işlər naziri Tofuq Zülfüqarov bir neçə gündür sosial şəbəkə istifadəçilərinin və bəzi KİV-lərin hədəfinə tuş gəlib.

Eks-naziri hədəfə götürənlər onu Türkiyə ordusunun Azərbaycana gəlməsinə qarşı çıxmaqda ittiham edirlər. İddia olunur ki, Tofiq Zülfüqarov da deputat Rasim Musabəyov kimi ictimaiyyətə açıqlamasında türk sülhməramlılarının Qarabağda yerləşdirlməsini istəmədiyini bildirib.

Lakin sabiq xarici işlər naziri Tofuq Zülfüqarov bu iddiaları rədd edib.

Modern.az-ın məlumatına görə, o, haqqında belə məlumat yayan şəxsləri “satqın trollar” adlandırıb:

“Satqın trollar! Mənim Facebook səhifəmdə Türkiyə ordusu əleyhinə bircə söz tapana 500 AZN mükafat verirəm”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI