Modern.az

Türkiyədə koronavirusdan rekord sayda ölüm

Türkiyədə koronavirusdan rekord sayda ölüm

7 Dekabr 2020, 22:55

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının sürətlə yayılması səbəbindən gündəlik ölüm sayı artmaqda davam edir. Bu səbəbdən də ölkə üzrə məhdud saatlı “evdə qalmaq” rejimi tətbiq olunur.

 

Modern.az Türkiyə Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, dekabrın 7-də ölkə üzrə 196 902 nəfər testdən keçirilib. Onlardan 32 137-sində virus əlaməti aşkarlanıb, 6420 nəfər müalicəyə cəlb olunub. Gün ərzində bu xəstəlikdən 203 nəfər ölüb, 5 017 nəfər isə sağalıb.

 

Qeyd edək ki, Türkiyədə bu günədək ümumilikdə 545 711 nəfər koronavirusa yoluxub, onlardan 15 103 nəfər vəfat edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI