Modern.az

PKK-dan Türk əsgərlərinə terror: 2 şəhid, 8 yaralı var

PKK-dan Türk əsgərlərinə terror: 2 şəhid, 8 yaralı var

11 Dekabr 2020, 00:54

Suriyada PKK/YPG silahlılarının törətdiyi terror aktı nəticəsində 2 türk jandarmı şəhid olub, daha bir neçə nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, hadisə “Barış pınarı” əməliyyatının keçirildiyi ərazidə baş verib. Suriya-Rəsulayn Haseke-2 nəzarət-buraxılış məntəqəsində nəqliyyat vasitəsi partladılıb. Nəticədə 2 türk jandarmı şəhid olub, 8 nəfər xəsarət alıb.

 

Yaralılar xəstəxanalara yerləşdirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi