Modern.az

“Bu addımı Əliyevlə Ərdoğanın Fransaya birgə mesajı saymaq olar” - Sabir Rüstəmxanlı

“Bu addımı Əliyevlə Ərdoğanın Fransaya birgə mesajı saymaq olar” - Sabir Rüstəmxanlı

11 Dekabr 2020, 10:18

“Bakıdakı Zəfər qutlamalarının ən mənalı və unudulmaz anlarından biri Azərbaycan və Türkiyə dövlət başçılarının Şəhidlər məscidində namaz qılıb, Azərbaycanın var oluşu və azadlığı yolunda canından keçmiş insanların ruhuna dua etmələri idi”.


Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı Zəfər paradından danışarkən deyib.


S.Rüstəmxanlının sözlərinə görə, prezidentlər bu addımını Fransa başda olmaqla bəzi Avropa ölkələrinin orta yüzillərin inkvizasiya təfəkkürü ilə yürütdükləri antiislam təbliğatına sakit, lakin dərin mənalı bir mesaj kimi də dəyərləndirə bilərik.


“Çoxdan bəri ağzı qıfıllı qalan Şəhidlər məscidinin də qapısı açılmış oldu və inşaallah qapanmaz. Din hər insanın, hər millətin tarixi taleyi, seçimi və vicdan işidir. Özünü sivil, gəlişmiş sayan Avropanın min ildən bəri davam edən Səlib zehniyyəti onların çağdaş geyimlərinin, demokrat görüntülərinin, texniki tərəqqilərinin arxasında nə qədər bəsit, ibtidai və cahil bir geriqalmış xaçpərəst təəssübkeşliyinin dayandığını göstərir...”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi