Modern.az

BNA: Paytaxt yollarında avtobusların hərəkətində çətinlik yaranıb

BNA: Paytaxt yollarında avtobusların hərəkətində çətinlik yaranıb

11 Dekabr 2020, 18:43

Bakının əksər küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində saat 15:30 radələrindən başlayaraq müşahidə olunan sıxlıq və tıxac davam edir.

 

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilir ki, bu səbəbdən bütün istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkətində çətinliklər yaranıb. Hərəkət intervalında gecikmələr var.

Qeyd olunur ki, bəzi sürücülərin yol kəsişmələrini keçmə qaydalarına əməl etməməsi, yolun hərəkət hissəsində qeyri-qanuni parklanma halları, hərəkət zolaqlarının tələblərinin pozulması sıxlığın əsas səbəblərindədir.

 

Həmçinin, sabahdan bir çox iş və xidmət sahələrində fəaliyyət dayandırıldığından vətəndaşların şəxsi minik avtomobilləri ilə səyahət etməsi sıxlığı daha da artırıb.

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi