Modern.az

50 gündən sonra şəhid xəbəri gələn əsgərin səs yazısı

50 gündən sonra şəhid xəbəri gələn əsgərin səs yazısı

18 Dekabr 2020, 12:58

Vətən müharibəsinin könüllü əsgərləri sırasında Lənkəran Dövlət Universitetinin məzunu, Zəfər döyüşləri başlanan ərəfələrdə orduya könüllü yazılan Astaranın Maşxan kəndinin sakini Cahangirov Rauf Xəyyam oğlu da var.

 

Modern.az xəbər verir ki, 50 günə yaxın idi ki, şəhidimizdən xəbər yox idi. Ötən gün əsgərin şəhid xəbəri gəlib. Qeyd edilir ki, onun döyüşə getməzdən əvvəl səs yazısı yayılıb. O, telefonda "Gedirik amma hara gedirik bilmirəm. İnşəallah yaxşı olar. Özünüzdən muğayyət olun, gələndə danışarıq" deyərək yaxınları ilə sağollaşıb.

 

Qeyd edək ki, şəhidimiz doğulub boya-başa çatdığı Maşxan kəndində dəfn olunub.

 

Allah rəhmət eləsin!

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?