Modern.az

Rezidenturanı bitirənlərin təyinat alma vaxtı dəyişdirildi

Rezidenturanı bitirənlərin təyinat alma vaxtı dəyişdirildi

22 Dekabr 2020, 09:22

Səhiyyə Nazirliyi rezidenturanı bitirən şəxslərin təyinat vaxtı ilə bağlı məlumat yayıb.

 

Nazirlikdən Modern.az-a verilən məlumatda bildirilir ki, noyabr ayında imtahan verib rezidenturanı bitirənlər üçün dekabr ayında keçirilməli olan təyinatın vaxtı dəyişdirilib. Pandemiya ilə əlaqədar təyinatın yanvar ayında keçirilməsi planlaşdırılır.

 

Bu barədə Səhiyyə Nazirliyinin rəsmi saytında öncədən məlumat veriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?