Modern.az

“Minsk qrupu artıq ölüb” - Metyu Brayza

“Minsk qrupu artıq ölüb” - Metyu Brayza

Aktual

22 Dekabr 2020, 18:59

“Acınacaqlı da olsa, ATƏT-in Minsk qrupu artıq ölüb. Halbuki həqiqətən, faydalı platform ola bilərdi”.

 

Modern.az xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza “GCRF-Compass” və ADA Universitetinin təşkil etdiyi onlayn müzakirə zamanı deyib.

 

“ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hər birində nüfuzlu erməni diasporunun olduğunu da unutmamaq lazımdır. Bütün bunlardan sonra ABŞ və Fransadan olan həmsədrlərin Bakıya gəlməsi mənim üçün qəribədir.

 

Prezident Əliyev də tam haqlı olaraq onlardan burada nə işləri var deyə soruşdu. Bundan sonra onların hansısa konstruktiv fəaliyyət göstərəcəklərini görmürəm”, - amerikalı diplomat qeyd edib. (Report)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi