Modern.az

Gənc əsgərlər xidmət yerlərinə yola salındı - VİDEO

Gənc əsgərlər xidmət yerlərinə yola salındı - VİDEO

Aktual

22 Dekabr 2020, 19:06

Əlahiddə Ümumqoşun Orduda oktyabr ayı ərzində həqiqi hərbi xidmətə çağırılaraq məşğələlərə cəlb edilmiş gənc əsgərlər ixtisas hazırlığı kurslarını uğurla bitirərək növbəti xidmət yerlərinə yola salınıblar.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, yolasalma mərasimində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

 

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra  polkovnik Mübariz Rzayev bildirib ki, ixstisas hazırlğı müddətində nəzəri və praktiki məşğələlər keçirilib. Əsgərlər burada qazanılan  bilik və bacarıqları növbəti xidmət yerlərində uğurla tətdbiq edərək əsl döyüşçü kimi formalaşmağa, silah və texnikalardan düzgün istifadə etməyə nail olacaqlar.

 

Əsgərlər adından çıxış edən İsi  Əliyev Azərbaycan Ordusunda xidmətilə qürur duyduğunu bildirib və bundan sonra da hərbi biliklərini təkminləşdirəcəklərinə söz verib.

 

Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayevin təbriki  şəxsi heyətə çatdırılıb.

 

Təbrik oxunduqdan sonra bölmələrin hərbi marşların sədaları altında  təntənəli keçidi olub.

 

 

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi