Modern.az

Abşeronda maşın aşdı - ölən və yaralananlar var - FOTO

Abşeronda maşın aşdı - ölən və yaralananlar var - FOTO

Aktual

19 May 2021, 00:49

Bakı-Şamaxı şossesində qəza zamanı bir nəfər ölüb.

 

Modern.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi şossenin Atyalı yaşayış massivinə düşən ərazisində qeydə alınıb.

 

Ağayev Elnur Fikrət oğlu 99-EF-564 dövlət nişanlı “Nissan” markalı avtomobili idarə edərkən sükana nəzarəti itirib. Nəqliyyat vasitəsi maneəyə çırpılaraq aşıb.

 

Qəza nəticəsində sürücünün bacısı - sərnişin, 1992-ci il təvəllüdlü Səlimova Sürəyya Mirsadiq qızı hadisə yerində ölüb.

Sürücü E.Ağayev və onun xalası oğlu sərnişin Nicat Məmmədov ağır bədən xəsarətləri alıb (apa).

 

 

 

 
Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI