Kənan Təhməz oğlu Nəcəfov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.
Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Zaur Aydın oğlu Qurbanov da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin olunub.