“Qarşımıza qoyulan vəzifələri yerinə yetirməli və çətinlikləri aradan qaldırmalıyıq”.
Modern.az xəbər verir ki, bunu yeni təyin olunan gənclər və idman naziri Fərid Qayıbov deyib.
Nazir qeyd edib ki, Azərbaycanda idman sahəsində uğurlu nəticələr əldə edilib.
“Mən bu nəticələrlə kifayətlənməyəcəyəm, Azərbaycan idmanının inkişafı üçün əlimdən gələni edəcəyəm”, - deyə F.Qayıbov vurğulayıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla Fərid Fazil oğlu Qayıbov Gənclər və İdman naziri təyin edilib. O, bu gün kollektivə təqdim olunub.