Modern.az

Xırdalanda tikinti şirkəti ağacları kəsdi - FOTOLAR

Xırdalanda tikinti şirkəti ağacları kəsdi - FOTOLAR

21 Mart 2022, 16:14

Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 313 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

 

Xidmət rəsmisi Fərid Piriyev Modern.az-a bildirib ki, araşdırma zamanı ərazidə “SAS İnşaat” MTK tərəfindən qazıntı işləri aparılan zaman 2 ağacın qanunsuz köçürüldüyü, 3 ağacın isə kəsildiyi müəyyən edilib.

 

O qeyd edib ki, faktla bağlı MTK-nın məsul şəxslərinin məsuliyyətə cəlb olunması üçün tədbirlər görülür.

 



Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi