Modern.az

Qran Pri müddətində piyadalara məhdudiyyət qoyulmayacaq

Qran Pri müddətində piyadalara məhdudiyyət qoyulmayacaq

Aktual

3 İyun 2022, 11:42

2022-ci il "Formula - 1" Azərbaycan Qran Prisi müddətində piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.

 

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov bildirib.

 

Qurum rəsmisi bildirib ki, yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün yarış halqası ərazisində yerləşən daimi yeraltı keçidlər gün boyu açıq olacaq:

 

"Piyadalar halqa ətrafında, Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin, Xaqani və Rəşid Behbudov, küçələrinin, Azadlıq prospekti ilə Xaqani küçəsinin kəsişməsində müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər".

Whatsapp
Bizə yazın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı