Türkiyənin Tekirdağ şəhərində Prezident Rəcəb Tayyib Ərdoğanı təhqir edən şəxslər həbs olunub.
Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, dövlət başçısının ünvanına təhqiramiz fikirlər səsləndirən iki qardaş polis tərəfindən müəyyən edilərək saxlanılıb.
Məhkəmə qarşısına çıxarılan qardaşların həbsinə qərar verilib.