Modern.az

Salyanda dördotaqlı ev kül oldu

Salyanda dördotaqlı ev kül oldu

Hadisə

3 Aprel 2026, 00:02

Salyanda yanğın hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə rayonunun Şəkərli kəndində qeydə alınıb. Belə ki, kənd sakini Şahbazov Təyyar Vəlixan oğluna məxsus dörd otaqlı fərdi yaşayış evində anidən yanğın başlayıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Salyan Yanğından Mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Yanğın söndürülərək alovun ətrafdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Buna baxmayaraq, 150 kv.m sahəsi olan ev yararsız hala düşüb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

(Report)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir