Modern.az

Hacıqabulda növbəti səyyar qəbul keçirilib

Hacıqabulda növbəti səyyar qəbul keçirilib

Aktual

17 Avqust 2022, 11:45

Hacıqabul rayonunun Balıqçı qəsəbəsində növbəti səyyar qəbul-görüş keçirilib.

 

17 avqust 2022-ci il tarixində təsdiq edilmiş qrafikə uyğun olaraq rayon İcra Hakimiyyəti başçısının Hacıqabul rayonunun Balıqçı qəsəbəsində növbəti səyyar qəbul-görüşü keçirilib. Qəbulda rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, bir qrup sakinlər iştirak edib.

 

Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək son illərdə respublikamızın o cümlədən Hacıqabul rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində Ölkə Rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat verib.

 

İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verib. Həlli rayon rəhbərliyindən asılı olmayan məsələlərlə bağlı yuxarı rəhbər orqanlara müraciət edilməsi nəzərdə tutulub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi