Modern.az

Xocalıda ağır qəza - ANAMA-nın əməkdaşı öldü

Xocalıda ağır qəza - ANAMA-nın əməkdaşı öldü

Hadisə

30 Mart 2026, 18:41

Xocalıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbərinə görə, qəza zamanı həyatını itirən şəxs Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olub.

Belə ki, ANAMA əməkdaşı Elnur Rüstəmov idarə etdiyi yük daşıyan avtomobillə Xocalı rayon ərazisində hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxıb. Qəza nəticəsində E. Rüstəmov hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?