Modern.az

Zelenski xahiş etdi, Ərdoğan Putinlə DANIŞACAQ

Zelenski xahiş etdi, Ərdoğan Putinlə DANIŞACAQ

Dünya

19 Avqust 2022, 13:26

“Volodimir Zelenskinin bizdən istəyi Zaporojyenin Rusiya minalarından təmizlənməsi və mövcud durumda təhdidin azaldılmasıdır”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə Lvovda keçirdiyi görüşdən danışarkən deyib. 

 

Zelenskinin ondan nə xahiş etməsi haqda sualı cavablandıran Ərdoğan Zaporojyenin təsadüfi məsələ olmadığını söyləyib.

 

"Mövzu ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə danışacam. Ona görə də Rusiya dünyadakı sabitlik naminə bu adımı atmalıdır. Zaporojyenin təsadüfi məsələ deyil”.

 

Ərdoğan, həmçinin həmkarı Zelenskiyə Rusiya lideri Vladimir Putinlə Türkiyədə görüş keçirməyi təklif etdiyini vurğulayıb.

 

Qeyd edək ki, ötən gün Lvovda Türkiyə və Ukrayna prezidentləri arasında görüş keçirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi