Modern.az

Nazir Şabrandakı yanğınla bağlı xüsusi müşavirə keçirdi 

Nazir Şabrandakı yanğınla bağlı xüsusi müşavirə keçirdi 

19 Avqust 2022, 18:54

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov meşə yanğınlarının bir neçə gündür davam etdiyi Şabran rayonuna səfər edib.

 

Modern.az xəbər verir ki, nazir Şabranda yanğınlarla mübarizəyə həsr olunmuş xüsusi müşavirə keçirib.

 

Müşavirədə şimal rayonlarının İcra hakimiyyətlərinin başçıları, aidiyyəti qurumların rəhbərləri iştirak edib.

 

Vəziyyət barədə nazirə məlumat verilib, hazırkı durum qiymətləndirilib.

 

Kəmaləddin Heydərov yanğınla mübarizə sahəsində müvafiq tapşırıqlar verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi