Modern.az

“Rüstəm İbrahimbəyov böyük şəxsiyyət idi” - SƏFİR

“Rüstəm İbrahimbəyov böyük şəxsiyyət idi” - SƏFİR

Aktual

13 Mart 2022, 22:05

“Rüstəm İbrahimbəyovun adı və parlaq yaradıcılığı əsrlər boyu insanların qəlbində yaşayacaq”.

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

“Rüstəm İbrahimbəyov görkəmli dramaturq, yazıçı idi. Onun kino, teatr, ədəbiyyat sahələrində çox böyük uğurları var. Rüstəmin əsərləri dövrünün reallıqlarını parlaq şəkildə əks etdirir. Əlbəttə, belə böyük şəxsiyyət haqqında keçmiş zamanda danışmaq çətindir. O, Azərbaycanın, Sovet İttifaqının və Rusiyanın ən ali mükafatlarına layiq görülüb. Rüstəm İbrahimbəyovun adı əsrlərlə qəlblərdə yaşayacaq”, - səfir Moskvada Rüstəm İbrahimbəyov ilə vida mərasimində deyib.

Qedy edək ki, görkəmli dramaturq, ssenarist və rejissor, Xalq yazıçısı Rüstəm İbrahimbəyov 2022-ci il martın 10-da ömrünün 84-cü ilində Moskvada vəfat edib. Mərhumun nəşi martın 15-də dəfn olunmaq üçün Bakıya gətiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü