Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Sabah cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-23°, gündüz 32-36° isti olacaq. Bakıda gecə 20-22°, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-45 % olacaq.
Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 32-37°, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacaq.