Modern.az

“Qarabağ”ın futbolçusu Fransa klubuna keçir

“Qarabağ”ın futbolçusu Fransa klubuna keçir

Aktual

28 Avqust 2022, 10:39

“Qarabağ”ın futbolçusu İbrahima Vadji Fransanın “Sent Etyen” komandasına transfer olunur.

 

Modern.az xəbər verir ki, seneqallı hücumçu növbəti həftənin əvvəllərində yeni klubu ilə rəsmi müqavilə bağlayacaq.

 

27 yaşlı forvardın transferinə görə Azərbaycan təmsilçisinə 1 milyon avrodan çox vəsait ödəniləcək. Bura müxtəlif bonuslar daxil deyil.

 

Qeyd edək ki, hazırda Fransa Liqa 2-də mübarizə aparan “Sent Etyen” mövsümə -3 cərimə xalı ilə başlayıb. Klub 5 oyundan 3 xal toplayaraq, mənfi saldonu sıfırlasa da, hazırda sonuncu - 20-ci pillədə qərarlaşıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza